40 min manat “atdı”, tanınmamaq üçün hicaba keçdi - Azərbaycanda

40 min manat “atdı”, tanınmamaq üçün hicaba keçdi - Azərbaycanda

Qubada 40 min manatdan çox dələduzluq edən qadın saxlanılıb. 

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan yeni sabah-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən rayon sakini, 49 yaşlı İradə Xuraminacat tutulub.

İlkin dindirmə zamanı saxlanılan qadın törətdiyi cinayət əməllərini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində vətəndaşların etibarından istifadə edərək, onlara torpaq sahələri satacağını, yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, zərərçəkənlərə xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də rayon ərazisində balıq məhsullarının satış mərkəzinin təşkil edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 40 min manatdan çox pulunu dələduzluq yolu ilə mənimsədiyi müəyyən edilib.

Qeyd edək ki, İradə Xuraminacat törətdiyi cinayət əməllərinin məsuliyyətindən yayınmaq məqsədi ilə bir müddət Bakı şəhərində yaşamış və ətrafdakılara özünü dindar bir şəxs kimi təqdim edərək, üzünün tanınmaması üçün dini geyimlərdən, həmçinin hicabdan istifadə etmişdir. Polis tərəfindən saxlanılan zamanda onun əynində dini geyim və hicab olub.

Polis əməkdaşları İradə Xuraminacatın digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu qadının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-nə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...