Benzinlə bağlı - VACİB XƏBƏR

Benzinlə bağlı - VACİB XƏBƏR
 
Noyabrın 30-dan Azərbaycana xaricdən gətirilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək.

Sfera.az-ın  məlumatına görə, Nazirlər Kabinetinin 26 avqust 2019-cu il tarixli qərarı ilə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliyə əsasən, sentyabrın 1-dən 90 gün müddətində Azərbaycana idxal edilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzini 15% gömrük rüsumundan azad edilib.
Qərar noyabrın 30-da qüvvədən düşür.
Qeyd edək ki, Nazirlər Kabineti 26 avqust 2019-cu il tarixli qərarı ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edib. Qərara əsasən sentyabrın 1-dən 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 ton üçün 1 manata endirilib. Həmin müddət də sabah başa çatır və sabahdan benzinin hər tonu üçün 200 manat aksiz dərəcəsi tətbiq olunacaq.

OXŞAR XƏBƏRLƏR

Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələdi

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib.   Sfera.az bu barədə Maliyyə Naz...

24 yaşında qəzada ölən Ramazanın GÖRÜNTÜLƏRİ - VİDEO

Şabranda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovu...

“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək “Şelburn”la cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib. ...

İranın etriazları fayda vermir - Zəngəzur dəhlizi açılacaq

Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasının vacibliyini açıq şəkildə bəyan edir. Prezident Vaaqn Xaçaturyanın bu məsələyə dair son açıqlaması rəsmi İr...

Bu yolda hərəkət avqustun 24-nə kimi məhdudlaşdırılır

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-də təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.   BDYPİ-dən Sfera.az-a v...

Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı...

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1080 nikah bağlanıb.   Sfera.az xəbər v...