Maşın sahiblərinə ŞAD XƏBƏR - Etibarnamə verilməsi asanlaşdı - VİDEO

Maşın sahiblərinə ŞAD XƏBƏR - Etibarnamə verilməsi asanlaşdı - VİDEO
Ədliyyə Nazirliyi mobil etibarnamə sistemini istifadəyə verib.

Artıq nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamələri mobil telefonla da vermək mümkündür. Bunun üçün telefona "mobil notariat" adlı tətbiqi yükləmək lazımdır. Etibarnamənin verilmə qaydasını bilmək üçün süjeti izləyək.

Bir neçə gündür ki, nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamələrin mobil telefonlarla verilməsinə başlanılıb. Bunun üçün telefona "Mobil notariat" adlı tətbiqi yükləmək lazımdır.

Sistemdə qeydiyyatdan keçmək üçün isə birdəfəlik şifrə tələb olunur. Həmin şifrəni istənilən notariusa yaxınlaşaraq ödənişsiz əldə etmək olur. Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdətələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür.

Etibarnamə üçün tələb edilən 11 manat 50 qəpik rüsum da onlayn qaydada ödənilir.

Yaxın vaxtlarda qeydiyyatdan keçmək və sürücülük hüququ ilə bağlı etibarnamənin verilməsi MyGov portalı vasitəsilə də həyata keçiriləcək. Bu zaman isə birdəfəlik şifrə üçün notariusa getməyə ehtiyac qalamayacaq.

"Mobil notariat" tətbiqi gələcəkdə daha da təkmilləşdiriləcək və digər etibarnamələrin də buradan verilməsi reallaşacaq.
 
 
 
 

|

OXŞAR XƏBƏRLƏR

24 yaşında qəzada ölən Ramazanın GÖRÜNTÜLƏRİ - VİDEO

Şabranda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovu...

“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək “Şelburn”la cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib. ...

İranın etriazları fayda vermir - Zəngəzur dəhlizi açılacaq

Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasının vacibliyini açıq şəkildə bəyan edir. Prezident Vaaqn Xaçaturyanın bu məsələyə dair son açıqlaması rəsmi İr...

Bu yolda hərəkət avqustun 24-nə kimi məhdudlaşdırılır

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-də təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.   BDYPİ-dən Sfera.az-a v...

Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı...

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1080 nikah bağlanıb.   Sfera.az xəbər v...

Müəllimlərin maaşı artdı

“2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 3...