Azərbaycan çempionu öz maşınında güllələndi - YENİLƏNİB + FOTO
Fevralın 20-də Gəncədə odlu silahla qətl törədən şəxs saxlanılıb.
Sfera.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub.
O, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev sosial şəbəkədə E.Cəlilovun ikiqat Azərbaycan çempionu olduğunu yazıb, onun ölümü ilə əlaqədar başsağlığı verib.
21.02.2016
Azərbaycanda gənc idmançı qətlə yetirilib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib.
Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev Facebook-da yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb.
Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.
Nəşrin əldə etdiyi məlumata görə, 32 yaşlı idmançı qətlə yetirilib.
Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, "Kəpəz” mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.
09:26
Fevralın 20-də axşam saatlarında Gəncənin Əttarlar küçəsində, "Kəpəz” mehmanxanasının qarşısında odlu silahdan qətl törədilib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, 1984-cü il təvəllüdlü Elmir Cəlilov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.