Azərbaycan millisi Rusiyaya uduzub

Azərbaycan millisi Rusiyaya uduzub
 

16 yaşadək qızlar ibarət Azərbaycan milli komandası Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatında üçüncü matçını keçirib. 

Sfera.az bildirir ki, Emin Əbilovun rəhbərlik etdiyi komanda Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan yarışda Rusiya ilə gücünü yoxlayıb. 

A qrupunda yer alan voleybolçularımız ilk 2 matçdakı kimi məğlubiyyətə üzülüblər. Rusiyalılar təmsilçimizə göz açmağa imkan verməyiblər. Yığmamız heç bir setdə top sayını 10-a belə çatdıra bilməyib – 7:25, 9:25, 8:25. 

0:3 hesabı məğlubiyyət komandamızın AVRO-2020-yə çıxmaq şansının da üstündən xətt çəkib. Çünki reqlamentə əsasən yarış qitə birinciliyinə seçmə statusu daşıyır və qrup qalibləri finalda üz-üzə gələcək ki, Azərbaycan millisi də bu şansını itirib. İlk pillədə qərarlaşan Rusiya 4 oyunda 4 qələbə qazanıbsa, Azərbaycan hələ də xalsızdır. 3 görüşdə meydana çıxan Ukrayna, Latviya və Gürcüstan isə 3 xala malikdir. 

Komandamız növbəti - sonuncu turda Latviya ilə qüvvəsini sınayacaq. 

Qeyd edək ki, B qrupunda Belarus, Estoniya, Litva və Polşa milliləri mübarizə aparırlar. 



OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...