“Quli”nin düşmənləri güllələndi – ŞOK VİDEO

“Quli”nin düşmənləri güllələndi – ŞOK VİDEO
 

Abxaziyanın Suxumi şəhərində  iki qanuni oğru qətlə yetirilib. 

Sfera.az xəbər verir ki, hadisə "San-Remo" restoranında baş verib. "Qanuni oğru”lar Astamur Şamba ("Astik Qadautskiy”) və Alxaz Avidzba ("Xasik”) həmin restoranda olarkən güllələniblər. Astamur Şamba yerindəcə ölüb, Alxaz Avidzba isə xəstəxanada dünyasını dəyişib. Hadisə nəticəsində təsadüfən həmin vaxt restoranda olan bir neçə şəxs də xəsarət alıb. 

Güllələnən "qanuni oğru”lar Abxaziyanın "oğru dünyası”nın önəmli isimlərindən olan Raul Barsbaya ("Pıza”) yaxın şəxslər olub. Güllələnən şəxslər bundan əvvəl kriminal aləmin nüfuzlu "qanuni oğru”ları olan Merab Canqveladzenin (Merab Suxumskiy) klnanının üzvləri Alxaz Aqrba ("Alxaz Qudautskiy”) və Tengiz Lakerabayanı ("Tenqulyaşa”), həmçinin Nadir Səlifova ("Quli”) yaxınlığı ilə seçilən Niko Dqebuadzeni ("Nika Qaqrinskiy”) təhqir etmişdilər. 

"Qanuni oğru”ların qətli Abxaziyada az qala fövqəladə vəziyyətə səbəb olub. Abxaziyanın rəhbərliyi bütün güc strukturlarını ayağa qaldırıb, eyni zamanda sərhədlər qapadılıb. Lakin hələ də killeri yaxalamaq mümkün olmayıb.


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...