Araz Ağalarov: \"Devalvasiya hər şeyi alt-üst etdi...\"

Araz Ağalarov: \

Rusiyada rublun devalvasiyası, dolların kursunun qalxması futbol üzrə 2018-ci il Dünya Çempionatının keçirilməsi üçün nəzərdə tutulan stadionların tikintisi ilə məşğul olan podratçıları ciddi ziyana salıb.

Virtualaz.org "Kommersant"a istinadən xəbər verir ki, belə podratçılardan biri də tanınmış azərbaycanlı milyarder, "Crocus Group" şirkətinin prezidenti Araz Ağalarovdur. Ağalarovun şirkəti Rostovda və Kalininqradda iki stadionun tikintisini həyata keçirir.

"Rublun devalvasiyası hər şeyi alt-üst etdi. Devalvasiya üzündən podratçılardan heç biri təsdiq olunmuş büdcə ilə bu işlərin öhdəsindən gələ bilməyəcək. Hazırkı kursla bir obyektin tikintisi təxminən 200 milyon dollara başa gəlməlidir. FİFA tarixində belə şey olmayıb. Bundan əvvəl çempionatı qəbul edən Braziliyada bir stadionun tikintisi 400 milyon dollara başa gəlmişdi. Hələ onlarda iqlim şərtləri bizdən xeyli yaxşıdır" - Ağalarov deyib.

Ekspertlər hesab edirlər ki, belə getsə podratçılardan bir çoxu tikintini yarımçıq qoyub gedəcəklər.


OXŞAR XƏBƏRLƏR

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...

Qaxda avtomobil 74 yaşlı piyadanı vurdu

Qaxda 74 yaşlı kişini avtomobil vurub.     Sfera.az xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib.   Qax rayonu Qaxb...

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. So...

Qardaşı tərəfindən boğazı kəsilən qadın hamilə imiş

Bir gün öncə qardaşı tərəfindən boğazı kəsilən 1987-ci il təvəllüdlü Gülnarə Nəcəfova altı aylıq hamilə imiş.   Sfera.az Teleqraf-a istinadla xəbər v...

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında mülayim...

Alyona Əliyevadan paylaşım - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkədə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.   Sfera.az&nb...