Millinin futbolçusu meydana çıxmaqdan imtina etdi, AFFA-nı dinləmədi: "ƏL ÇƏKİN YAXAMDAN..."

Millinin futbolçusu meydana çıxmaqdan imtina etdi, AFFA-nı dinləmədi:
Millinin Slovakiya ilə səfər oyununda Dmitri Nazarov forma geyinmədi. Nikola Yurçeviçin sevimli futbolçusu kimi bilinən yarımmüdafiəçinin meydana çıxmaması təsadüfi deyilmiş. Bu, nə onun zədəli olması, nə də baş məşqçinin taktiki seçimi ilə əlaqədardır.

Sfera.az xəbər verir ki, Nazarov Yurçeviçin AFFA rəsmiləri ilə məsləhətləşərək müəyyənləşdirdiyi start "11-liy"ində yer alıb. Lakin o, oyundan 3 saat öncə baş məşqçi ilə danışaraq, meydana çıxmayacağını bildirib. Dmitri Uelslə qarşılaşmada çox yorulduğunu və yalnız Almaniyanın II Bundesliqasının XIII turu çərçivəsində "Sankt Pauli" ilə keçirəcəkləri oyunu düşündüyünü söyləyib. Xorvatiyalı çalışdırıcı həmin görüşün onun üçün daha vacib olduğunu qeyd edən futbolçunu fikrindən daşındırmağı bacarmayıb. Daha sonra federasiya nümayəndələri və komandanın bəzi üzvləri Nazarovla fərdi söhbət edib. O, yenə sözündə qalıb, hətta daha kəskin ifadələr işlədib: "Mən yorulmuşam, bu dəfə oynamaq istəmirəm. Əl çəkin, yaxamdan! Milyon verib Renat Dadaşovu gətiriblər, qoy, indi o oynasın. Slovakiya ilə oyun mənə lazım deyil".

Bu, Nazarovun millidə səbəbkar olduğu artıq neçənci ciddi insidentdir. Daha öncə Millətlər Liqasında qazanılan 9 xala görə AFFA-dan mükafat tələb edən yarımmüdafiəçi Uelslə Bakıdakı oyundan sonra (0:2) paltardəyişmə otağında aranı bir-birinə qatıb. Məğlubiyyətdən pərişan olan Ramil Şeydayev komanda yoldaşlarına irad tutub ki, işiniz-gücünüz oyundan sonra forma dəyişdirdirməkdir, futbol oynamaq yox. Nazarov Ramilin üzərinə yeriyib. Almeyda da ona qahmar çıxıb. Digər futbolçular araya girib tərəfləri birtəhər sakitləşdiriblər. Qətiyyətsiz, sözünün kəsəri olmayan Yurçeviç isə gözü önündə baş verən hadisəni sadəcə, müşahidə edib. (sportinfo.az)

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...