Səhər-səhər bunları əsla yeməyin - SİYAHI

Səhər-səhər bunları əsla yeməyin - SİYAHI

Səhər yeməyi üçün ziyanlı olan məhsulların adını təqdim edirik. 

1. Soyuq və qazlı içki 

Hətta adi soyuq su damarların spazmına, qazlılar isə qıcıqlanmaya səbəb ola bilər. Ən yaxşı halda isə həzm problemi yarada bilər. Amma dietoloqlar otaq temperaturunda bir stəkan qazlı suyu məsləhət görürlər. Bu mədə-bağırsağı yuyur. Amma suyu bir dəfəyə yox, qurtum, qurtum içmək lazımdır. 

2.Kofe

Bu içkini boş mədəyə içmək selikli qişanı qıcıqlandırır. Bunun üstünə siqaretdə əlavə etsəniz demək sağlamlığınızın əsl düşmənisiniz. Bu qastridi daha da ağırlaşdıra bilər. Ona görə, kofeni səhər yeməyindən əvvəll yox, sonra içmək məsləhətdir. 

3.Priojna, şirin bulkalar

Elə düşünə bilərsiniz ki, cemli kurasan səhər üçün ideal qidadır. Amma acqarına şirniyyat mədədaltı vəzi gərginləşdirir və daha çox insulin istehsal edilməsinə səbəb olur. Qanda insulin nə qədər çox olsa, artıq çəkiniz bir o qədər çox ola bilər. Kəskin şəkər artımı isə tez acmanıza səbəb olacaq. 

4. Portağal şirəsi 

Meyvə turşuları, efir yağı selikli qişanı qıcıqlandıra bilər. Amma bu o demək deyil ki, klassik səhər yeməyindən imtina etməlisiniz. Amma çalışın şirəni acqarına yox, yeməkdən sonra için. Daha yaxşı olar ki, belə şirələri 10-15 dəq saxlayandan sonra qəbul edəsiniz ki, efir yağları buxarlansın. 

5. Yoqurt, kefir

Təccübləndiniz? Əslində süd məhsulları çox faydalıdır. Amma faydalı bakteriyalar acqarına mədəyə düşəndə faydalı effektini dərhal itirir və onlar bağırsağa çatmır. Buna görə, dietoloqlar bu məhsulları səhər yeməyindən 1-1,5 saat sonra içməyi məsləhət görür. 

6. Meyvələr 

Burada məntiq portağal şirəsində olduğu kimidir. Meyvənin tərkibindəki turşular, maddələr boş mədəni qıcıqlandırır. Meyvləri səhər yeməyindən sonra qəbul etmək məsləhətdir. Meyvə kəsmik əla ikinci səhər yeməyidir. 

7. Kəpək

Bəziləri kəpyin səhər üçün ideal olduğunu düşünə bilər. Kəpək süngər kimi suyu özünə çəkir. Bu qəbzlik, mədə turşuluğunun artmasına, bağırsaqlarda qıcıqlanmaya səbəb ola bilər. 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...