Dilinizə baxaraq özünüzə diaqnoz qoya bilərsiniz

Dilinizə baxaraq özünüzə diaqnoz qoya bilərsiniz
Mütəxəssislər dilin vəziyyətinin - onun rənginin və formasının bir çox xəstəliyin diaqnozunun qoyulmasında yardımçı olduğunu bildirir.
Sfera.az xəbər verir ki, dünyanın bir çox ölkəsində fəaliyyət göstərən nüfuzlu həkimlər dilə baxaraq gələcəkdə baş verə biləcək xəstəlikləri öncədən təxmin etməyin mümkün olduğunu vurğulayır.
 
Siz də aynanın qarşısına keçib öz dilinizə baxaraq, orqanizminizin vəziyyətindən xəbərdar ola bilərsiniz.
 
Dilinizin altındakı damarlar həddən artıq gözə çarpırsa, deməli, şəkər və duzdan həddən artıq istifadə edirsiniz.
 
Dilinizin üstü tünd qırmızı rəngdədirsə, demək, acıdan və ədviyyatlardan uzaq durmalısınız.
 
Dil həddən artıq quru və solğundursa, bu, orqanizminizi su ilə təmin etmədiyinizi göstərir.
 
Dilin rənginin tünd olması bədəndə iltihablaşmanın getdiyinə işarə edir. Ancaq dilin üstü sarı rəngli təbəqə ilə örtülübsə, vəziyyətin daha təhlükəli olduğunu anlamalı və dərhal həkimə müraciət etməlisiniz.
 
Diliniz çox islaqdırsa, bu, sizin çox yediyinizi, bədəninizdə ödəm olduğunu büruzə verir.
 
Dil daxili orqanların "güzgü”südür. Odur ki, orqanların vəziyyətini anlamaq üçün dilə baxmaq kifayətdir. Dilin forması düz olmalıdır, əgər dilinizin kənarlarında diş izi varsa, bu gələcəkdə qaraciyər və öd kisəsi ilə bağlı problemlər yaşayacağınızı göstərir.
 
Dilin rənginin solğun çəhrayı olması isə qan çatışmazlığının ilkin əlamətidir. Belə halda, qan artıran qidalar yeməli, kofeindən uzaq durmalısınız.
 
Dilin ucunda hiss edilən dəyişikliklər isə ürək və ağciyər problemlərindən xəbər verə bilər.(publika.az)

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...