“Böyüməyən uşaqlar” 5 Avropa ölkəsində nümayiş olunacaq - Video

“Böyüməyən uşaqlar” 5 Avropa ölkəsində nümayiş olunacaq - Video

Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların taleyindən bəhs edən "Böyüməyən uşaqlar” filmi alman dilinə tərcümə edilərək, Avropa ölkələrində nümayiş olunacaq.

Sfera.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev bildirib.

Onun sözlərinə görə, məqsəd Azərbaycanın haqq səsini Avropa ölkələrində yaymaqdır.

Diaspor təşkilatının rəhbəri bildirib ki, alman dilinə tərcümə olunandan sonra "Böyüməyən uşaqlar” filmi ilkin olaraq Brüssel (Belçika), Vyana (Avstriya), Vülnüs (Litva), Bern (İsveçrə) şəhərlərində nümayiş etdiriləcək. Daha sonra onun digər ölkələrdə nümayişi də planlaşdırılır.

Bu, Alman Azərbaycan Mədəniyyət Evinin Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində həyata keçirdiyi təbliğat xarakterli tədbirlərdən biridir.

Tədbirlər Alman Azərbaycan Mədəniyyət Evinin və Parlament Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Qeyd edək ki, Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş direktoru Elşad Eyvazlının ideya və ssenarisi əsasında çəkilən "Böyüməyən uşaqlar" filmi "Xocalıya ədalət” kampaniyası çərçivəsində ərsəyə gəlib.
Film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çəkilib.
Filmə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar Cavanşir Feyziyev, Rövşən Rzayev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov dəstək olublar.

Filmin quruluşçu rejissoru Cavanşir Eladısoy, rejissoru isə Tural M.Məmmədzadədir. Filmi ingilis dilinə iki xanım çevirib.

 

 


OXŞAR XƏBƏRLƏR

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...

Qaxda avtomobil 74 yaşlı piyadanı vurdu

Qaxda 74 yaşlı kişini avtomobil vurub.     Sfera.az xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib.   Qax rayonu Qaxb...

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. So...

Qardaşı tərəfindən boğazı kəsilən qadın hamilə imiş

Bir gün öncə qardaşı tərəfindən boğazı kəsilən 1987-ci il təvəllüdlü Gülnarə Nəcəfova altı aylıq hamilə imiş.   Sfera.az Teleqraf-a istinadla xəbər v...

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında mülayim...