Ronaldo “Yuventus”dan gedir

Ronaldo “Yuventus”dan gedir
 

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo mövsümün sonunda klubunu dəyişə bilər.

Sfera.az xəbər verir ki, ispaniyalı həmkarlarımız hücumçunun İtaliya "Yuventus”undan ayrılmaq ehtimalı ilə bağlı iddia ilə çıxış ediblər.

Bildirilir ki, Turin təmsilçisi K.Ronaldonu saxlamaq üçün Çempionlar Liqasının qalibi olmalıdır. Əks halda, forvard əvvəllər də çıxış etdiyi İngiltərə təmsilçisi "Mançester Yunayted”ə qayıdacaq.

Baş məşqçi Maurisio Sarri ilə aralarındakı narazılıq da ulduz futbolçunun klubdan ayrılmasına təsir edəcək. Son iki görüşdə əvəzlənməsindən narazı qalan futbolçu matç başa çatmamış stadiondan gedib.

Qeyd edək ki, K.Ronaldo 2003-09-cu illərdə "Mançester Yunayted”də çıxış edib. "Yuventus”a 2018-ci ilin yayında keçən hücumçunun müqaviləsi 2022-ci ilə qədərdir. /apasport.az


OXŞAR XƏBƏRLƏR

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...