“Azəryolservis”: 14 500 ağac əkildi - FOTO + VİDEO

“Azəryolservis”: 14 500 ağac əkildi - FOTO + VİDEO

22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə "Azəryolservis” ASC-nin kollektivi tərəfindən bu dəfə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 62-65-ci kilometrlik ərazisində hər iki istiqamət üzrə olan mühafizə zolaqlarında ağacəkmə aksiyası keçirilib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə keçirilən aksiyada "Azəryolservis”in sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri də yaxından iştirak ediblər.
 
"Azəryolservis” ASC-nin 150-ə yaxın işçisinin və 10 ədəd maşın-mexanizmin cəlb edildiyi aksiya zamanı 160 min kvadrat metr ərazi kənar əşyalardan təmizlənib, hamarlanıb və ağacların əkilməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Aksiya zamanı 14 500 ədəd eldar şamı, küknar, zeytun, çinar, iydə, nar, akasiya, qarağac və palıd əkilib. Əkilən ağaclar Cəmiyyətin Yol Yaşıllaşdırma MMC-lərinin tinglik sahələrində yetişdirilib.
 
Qeyd edək ki, "Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma MMC-ləri 1551 km magistral və 1829 km respublika əhəmiyyətli olmaqla, ümumilikdə 3380 km avtomobil yolunun təhkim zolaqlarındakı yaşıllıqlara xidmət göstərir.
       
2015-ci il ərzində 254 894 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda avtomobil yollarının mühafizə zolağında 1 092 300 ədəd ağac və kol bitkisi mövcuddur.

 


OXŞAR XƏBƏRLƏR

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...

Qaxda avtomobil 74 yaşlı piyadanı vurdu

Qaxda 74 yaşlı kişini avtomobil vurub.     Sfera.az xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib.   Qax rayonu Qaxb...

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. So...

Qardaşı tərəfindən boğazı kəsilən qadın hamilə imiş

Bir gün öncə qardaşı tərəfindən boğazı kəsilən 1987-ci il təvəllüdlü Gülnarə Nəcəfova altı aylıq hamilə imiş.   Sfera.az Teleqraf-a istinadla xəbər v...

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında mülayim...