Restoranlar 10 ayda 1 milyarddan çox qazanıb - Siyahı

Restoranlar 10 ayda 1 milyarddan çox qazanıb - Siyahı

2019-cu ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 1milyard 251 milyon 5 yüz min manat olub.

Sfera.az fed.az-a istinadən bildirir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,2 faizi hüquqi şəxslərin, 57,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 522,8 milyon manat olub.

Azərbaycanda restoranların dövriyyəsinin 69%-i Bakı şəhərinin payına düşür.

Yanvar-sentyabr aylarında isə ölkə üzrə restoranların dövriyyəsi 1 milyard 11 milyon manatı keçib. Bunun 755 milyon 612 min manatı Bakı şəhərində qeydə alınıb. Son bir ildə Bakıda restoran dövriyyəsi 6,9% artıb.

Bakıdan sonra gələn Gəncə restoranlarında 9 ayda 28 milyon manat, Sumqayıtda 26,7 milyon manat  dövriyyə olub. Restoran dövriyyəsinə görə sonrakı yerləri Azərbaycanın turizm bölgələri sayılan Xaçmaz və Qəbələ tutur. Xaçmaz restoranları 9 ayda 12,1 milyon, Qəbələ də isə 11,9 milyon manat dövriyyə ediblər.

Azərbaycanda ən böyük restoran dövriyyəsi olan rayonlar bunlardır:

Gəncə şəhəri 28 milyon manat

Sumqayıt şəhəri 26,7 milyon manat

Xaçmaz rayonu 12,1 milyon manat

Qəbələ rayonu 11,9 milyon manat

Bərdə rayonu 11,6 milyon manat

Abşeron rayonu 10,6 milyon manat

Quba rayonu 8,4 milyon manat

Göyçay rayonu 7,6 milyon manat

Tovuz rayonu 7,5 milyon manat

Masallı rayonu 7,3 milyon manat

Lənkəran şəhəri 7,2 milyon manat

Biləsuvar rayonu 7,2 milyon manat

Şamaxı rayonu 6,2 milyon manat

Ağcabədi rayonu 6 milyon manat. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...

Suriya böhranı Almaniyaya sıçradı: Düsseldorfda qarşıdurma - VİDEO

Yaxın Şərqdəki qarşıdurmalar Avropaya keçib. Almaniyanın Düsseldorf şəhərində Dürzi icmasının tərəfdarları ilə Suriya rejimini dəstəkləyən qruplar arasında toqq...

İnfeksiyalar insan ölümünü 60 faiz artıracaq – Tədqiqat

Böyük Britaniya hökumətinin maliyyələşdirdiyi yeni tədqiqat göstərir ki, antibiotiklərin təsirinə qarşı dözümlü olan bəzi zərərli mikrooqrqanizmlər gələcək...

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər...