Sayt rəhbəri 752 min manat cərimələndi - Foto

Sayt rəhbəri 752 min manat cərimələndi - Foto

İspaniyanın Mədəniyyət, Təhsil və İdman Nazirliyi exvagos.com, exvagos1.com və exvagos2.com saytlarının sahibi Aleks Cayla qarşı inzibati hüquqpozma maddəsi ilə mülki iş qaldırmağa qərar verib.

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, ona qarşı tətbiq edilən sanksiya xarakterli inzibati prosedur əqli mülkiyyət hüquqlarının pozulması, piratlıq və müəllif hüquqlarının pozulması maddələrini ehtiva edir.  Bu 400 min avro məbləğində cərimə, habelə saytların fəaliyyətinin dərhal dayandırılmasını nəzərdə tutur.

Aleks Caylın internet saytları istifadəçilərə qanunsuz olaraq çox böyük həcmli kontent təklif edirlər. Hazırda bu kontentə 760 mindən çox material – 194 min elektron kitab, 180 min film, 92 min musiqi əsəri, 30 min videooyun daxildir. İnternet saytlarının üç milyon qeydiyyatdan keçmiş istifadəçisi var. Bu saytların özünəməxsusluğu ondan ibarətdir ki, onlar pirat materialların identifikasiyası üzrə avtomatlaşmış sistemin fəaliyyətinin qarşısını alaraq öz kontentini gizlədə bilir və bunun üçün xüsusi idarəetmə vasitələrindən istifadə edirdilər. Saytlarda "YouTube” şəbəkəsindən yerləşdirilən videoları aşkar etmək çox çətin olub və bir çox hallarda onların sahibi əsl məqsədini gizlədə bilib.

Qeyd olunur ki, exvagos.com saytının sahibi ölkənin Mədəniyyət, Təhsil və İdman Nazirliyinin tələbləri qarşısında məsuliyyətdən yayınmaq bacarığı ilə öyünürmüş.


OXŞAR XƏBƏRLƏR

Avropa İttifaqının sanksiya qoyduğu Azərbaycan vətəndaşı kimdir?

Avropa İttifaqı Azərbaycan vətəndaşı 1958-ci il təvəllüdlü Əhməd Kərimova sanksiya tətbiq edib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, o, Bi...

Rusiya Ukraynaya dron və raketlərlə hücum edib

Rusiya Ukraynaya ötən gecəki hücumda 300-dən çox dron və 30-dan çox raketdən istifadə edib.   Sfera.az xəbər verir ki, bunula bağlı Ukrayna prezident...

Azərbaycandakı şirkət Avropa İttifaqının sanksiyasına məruz qalıb

Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketi qüvvəyə minib.   Sfera.az bu barədə Avropa İttifaqının rəsmi jurnalına istinadən xəbər ve...

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya arasında davam edən gərginliyə son qoymaq məqsədilə tərəflər atəşkəs razılaşmasına gəliblər.  Sfera.az xəbər verir ki, bu barədə ABŞ-...

Ermənilər Ağdamda qəbirlərdən protezləri oğurlayıblar - FOTO

Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti altında Ağdam şəhərindəki İmarət kompleksində 2023-cü ilin mart ayından başlayaraq dayanmadan arxeoloji tədqiqatl...

FHN çimərliklərlə bağlı əhaliyə müraciət edib - VİDEO

Kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur....