TQDK-dan rus bölməsinin abituriyentləri ilə bağlı - VACİB QƏRAR

TQDK-dan rus bölməsinin abituriyentləri ilə bağlı - VACİB QƏRAR
Azərbaycanda rus dilində imtahan verən abituriyentlərin ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul qaydası dəyişib. 
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas  təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”na əsasən Azərbaycanda ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.
 
Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. İndiyə qədər bu imtahanın nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir, "məqbul” alanlar qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanlarına buraxılıblar. 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas  təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”na etdiyi dəyişikliyə əsasən artıq "məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanlarına buraxılacaqlar. 
Başqa sözlə, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən tes imtahanından "məqbul” alıb, cari ilin abituriyentləri üçün buraxılış imtahanında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul ola bilməsələr, növbəti il Azərbaycan dilindən test imtahanı vermədən buraxılış imtahanına buraxılacaqlar.

OXŞAR XƏBƏRLƏR

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...

Qaxda avtomobil 74 yaşlı piyadanı vurdu

Qaxda 74 yaşlı kişini avtomobil vurub.     Sfera.az xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib.   Qax rayonu Qaxb...

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. So...

Qardaşı tərəfindən boğazı kəsilən qadın hamilə imiş

Bir gün öncə qardaşı tərəfindən boğazı kəsilən 1987-ci il təvəllüdlü Gülnarə Nəcəfova altı aylıq hamilə imiş.   Sfera.az Teleqraf-a istinadla xəbər v...

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında mülayim...

Alyona Əliyevadan paylaşım - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkədə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.   Sfera.az&nb...