Ov mövsümünün müddəti artırıldı

Ov mövsümünün müddəti artırıldı
Ov Məsələləri Üzrə Elmi Koordinasiya Şurasının növbədənkənar iclası keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, fevralın 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri Üzrə Elmi Koordinasiya Şurasının növbədənkənar iclası keçirilib.
İclasda tənzimlənən ov fəaliyyətinin təbiətdə balansın qorunmasında və ziyanverici növlərin sayının azaldılmasında əhəmiyyətli rolu nəzərə alınaraq aidiyyəti mütəxəssislərlə müzakirələr aparılıb. Bir sıra vəhşi quşların (ördək, qaşqaldaq, qaz və s) çoxalma dövrünün daha sonrakı dövrlərə təsadüf etməsi səbəbindən onların ov müddətinin uzadılması, həmçinin bəzi heyvanların (bataqlıq qunduzu, yenot, çaqqal və s) ziyanverici olması və bu səbəbdən onların ovuna ilboyu icazə verilməsinin zəruriliyi qeyd olunub.
Qeyd olunanlar nəzərə alınaraq, respublika ərazisində ov mövsümünün müddətinin 10 mart 2016-cı il tarixinədək uzadılması və bu müddət ərzində su-bataqlıq quşlarının ovuna icazənin davam etdirilməsi, həmçinin çaqqal, bataqlıq qunduzu və yenot kimi növlərin isə ilboyu ovlanması barədə qərar qəbul edilib.
Bununla əlaqədar vətəndaşlar onları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...

Qaxda avtomobil 74 yaşlı piyadanı vurdu

Qaxda 74 yaşlı kişini avtomobil vurub.     Sfera.az xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib.   Qax rayonu Qaxb...

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. So...

Qardaşı tərəfindən boğazı kəsilən qadın hamilə imiş

Bir gün öncə qardaşı tərəfindən boğazı kəsilən 1987-ci il təvəllüdlü Gülnarə Nəcəfova altı aylıq hamilə imiş.   Sfera.az Teleqraf-a istinadla xəbər v...

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında mülayim...