Memorial Soyqırım Muzeyinə ekskursiya
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların ölkəmizin tarixinin daha dərindən öyrənilməsinə olan marağının artırılması, gələcək nəslin bilikli və savadlı böyüməsi istiqamətindəki işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub.
"Qafqazinfo”ya daxil olan məlumata görə, tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə RİH tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Hərbi Prokurorluğun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası təşkil olunub. Nəsimi rayon İcra Hakimiyyətinin müavini Gülarə Verdiyeva muzeylə tanışlıq zamanı bildirib ki, Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində erməni millətçiləri azərbaycanlılara qarşı müntəzəm olaraq etnik təmizləmə və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı faciəsi və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında tarixi ədalətin bərpa olunması, erməni cinayətkarlarının ədalət mühakiməsinə cəlb olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində Heydər Əliyevin əvəzsiz rolu olub. Yeniyetmə və gənclər muzeyin ekspozisiyası, burada nümayiş etdirilən tarixi sənədlər, foto və video materiallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin fondla yaxından tanış olmuş, video roliklərə tamaşa ediblər.



