“Qarabağ”ın “Düdelanj”la matçının biletləri satışda

İdman
14:23 / 18.11.2019
1727
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi ev oyununun biletləri bu gündən satışa çıxarılıb.
Sfera.az xəbər verir ki, biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50 və 75 manatdır.
Biletlərin satış məntəqələri aşağıdakılardır:
Qarabağ FK fan-şop (Park Bulvar)
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
ASAN Sumqayıt
İticket.az (onlayn)
Qeyd edək ki, "Düdelanj”la oyun 12 dekabr keçiriləcək. Matça yerli vaxtla 21:55-də start veriləcək.