“Qələt etmişəm, keçin günahımdan” - Cemi yıxıb-sürüyən Nadir fikrini dəyişdi

“Qələt etmişəm, keçin günahımdan” - Cemi yıxıb-sürüyən Nadir fikrini dəyişdi

Xəbər verdiyimiz kimi müğənni Nadir Qafarzadə "Instagram" səhifəsində marağa səbəb olan fikirlər paylaşıb.

İfaçı türkiyəli şoumen Cem Yılmaz haqda ağır ifadələr işlədib. Müğənni əvvəlcə rəylərdə onu tanımadığını yazıb. Daha sonra isə Cemin ünvanına "Bunları hardan tutub gətirirlər? Vallah, tanımıram və heç maraqlı da deyil. Bizdə qıjılar azdır, biri də gəldi" sözlərini qeyd edib.

Səs-küyə səbəb olan məsələyə N.Qafarzadə bu gün "Hər şey daxil” verilişində aydınlıq gətirib:

"Sözdü dedim də, vurun öldürün məni. Mən doğrudan da tanımıram həmin adamı, baxmıram. Mən fikirləşdim ki, görəsən bizə niyə daha yaxşı, sanballı sənət adamlarını gətirmirlər? Gələnlər də yaşlanmış, tükənmiş, elə vaxtda gətirirlər ki, onlar artıq öz ölkələrində heç kəsə lazım deyil”.

Qonaqların təkidlə Cem Yılmazın məşhurluğundan danışmasından sonra N.Qafarzadə gülərək "Bağışlayın qardaş, qələt etmişəm, keçin günahımdan, öldürməyin. Hamınız üstümə gəldiniz, yaxşı ki, Cem sizin qohumunuz deyil” – deyə bildirib.


OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...