Fransada “O səs”ə qatılan azərbaycanlı niyə saxlanıldı?

Fransada “O səs”ə qatılan azərbaycanlı niyə saxlanıldı?
Fransanın TF1 telekanalında yayımlanan "The Voice" ("O səs") şousundakı çıxışı ilə məşhur olan azərbaycanlı musiqiçi Araz Hümbətli Tuluzada yerli polis tərəfindən saxlanılıb.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, Araz Hümbətli küçədə mahnı oxuduğu üçün tutulub. O, polis tərəfindən dindirildikdən sonra sərbəxt buraxılıb.
"Tuluza küçələrində tez-tez mahnılar oxuyurdum. Buna görə polis məni saxlayaraq bölməyə apardı. Xoşbəxtlikdən Tuluzanın polisləri mənə hörmət edib, azadlığa buraxdı. Onlar gözəl mahnı ifa etdiyimi, lakin küçədə mahnı oxumağın qadağan olduğunu dedilər”.
A.Hümbətli Fransaya köçməsi ilə bağlı çox saylı suallara da cavab verib: "Mən Azərbaycandan Fransaya sevgimə görə gəlmişəm. Üç il əvvəl Bakıda işləyən fransız xanım Pieraya aşiq oldum. Biz ailə həyatı qurduq və Parisə köçdük. Lakin ora olduqca soyuq idi. Mən təsadüfən "Google Maps”də Fransanın cənubunda yerləşən şəhərlərə baxdım. Tuluza küçələrini, kərpicdən olan binaları görəndə burada yaşamaq qərarına gəldim. Biz 20 ay əvvəl bu şəhərə köçmüşük və Krua-de Pyer rayonunda yaşayırıq. Tuluza mənim üçün sevgi şəhəridir”.

OXŞAR XƏBƏRLƏR

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...

Qaxda avtomobil 74 yaşlı piyadanı vurdu

Qaxda 74 yaşlı kişini avtomobil vurub.     Sfera.az xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib.   Qax rayonu Qaxb...

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. So...

Qardaşı tərəfindən boğazı kəsilən qadın hamilə imiş

Bir gün öncə qardaşı tərəfindən boğazı kəsilən 1987-ci il təvəllüdlü Gülnarə Nəcəfova altı aylıq hamilə imiş.   Sfera.az Teleqraf-a istinadla xəbər v...

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında mülayim...

Alyona Əliyevadan paylaşım - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkədə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.   Sfera.az&nb...