Narsizm - özünə vurğunluq halının həddini aşması ciddi problemlər yaradır

Narsizm - özünə vurğunluq halının həddini aşması ciddi problemlər yaradır

Son vaxtlar narsizm adlanan şəxsiyyət pozğunluğuna çox rast gəlinir. Məşhur alman filosofu Ziqmund Freyd ifrat özünəvurğunluq halını narsizm adlandırıb. Əslində hamıda narsizmin müəyyən əlamətləri var. Lakin həmin halın həddini aşması ciddi problemlər yaradır. Həmin problemdən əziyyət çəkənlər yorucu münasibətləri ilə ətrafındakıları və ailə üzvlərini bezdirirlər.

Sfera.az  bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi psixologiya kafedrasının baş müəllimi Günəş Əfəndiyeva AZƏRTAC-a deyib: "Narsizm özündən razı, yalnız özünü sevən, başqa heç kəsi bəyənməyən, insanlara qarşı rəğbət hissi duymayan, onların emosiya, duyğu və düşüncələrini başa düşməyən və həmişə hər yerdə özünü ağıllı sayan, özünü hamının fövgündə tutan şəxsiyyət pozğunluğu halıdır".

Narsistlər sosial statuslu insanlara meyllidirlər. Cəmiyyətdə hər şeyin ən yüksəyinə can atmaları, ona nail ola bilmədikdə başqalarını alçaltmaqla səciyyələndirilirlər. Bəyənilmək, daim diqqət mərkəzində olmaq arzusu onların özlərinə də zərər vurur və depressiyaya sala bilər. Nə qədər şişirdilmiş şəkildə özlərini sevsələr də, narsistlər yeniliklərə qapalıdırlar və inkişafa meylli olmurlar.

Psixoloqun dediyinə görə, bəzən valideynlər uşaqlarının arzu və istəklərinin qarşısına müəyyən məhdudiyyətlər qoyurlar: "Belə olanda uşaq öz arzularını həyata keçirə bilmir və onların arzu və istəkləri öz daxilində qalır. Onlar valideynin dediyi formada inkişaf edir və onların göstərdiyi yolla getməli olurlar. Hətta uşaqların hansı peşə və ixtisası seçmək məsələsini də valideynlər özləri həll edirlər".

 

Narsizm patologiyasının kökləri əsasən uşaqlıq illərinə gedib çıxır. Buna görə də valideynlər və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Tez-tez təqdir olunan, mükafatlandırılan və ruhlandırılan uşaqların gələcəkdə narzsist olmaq ehtimalı daha azdır.


OXŞAR XƏBƏRLƏR

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...

“Boşanma ərizəsi yazmağa 1 şirvan pulum yox idi”

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, qurduğu ailə həyatında yaşadıqlarını dilə gətirən sənətçi maraq...

Mingəçevir icra hakimiyyətində faciə

Mingəçevirdə təmir işi görən gənc dünyasını dəyişib.   Sfera.az Unikal-a istinadla xəbər verir ki, hadisə 20 Yanvar küçəsində, Mingəçevir Şəhər İcra ...

Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO

Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.   Sfera.az xəbər verir ki, Mos...