Ən çox satılan smartfonların TOP 5-liyi

Ən çox satılan smartfonların TOP 5-liyi

"International Data Corporation” (IDC) analitik şirkəti tədqiqat apararaq III hesabat rübündə ən çox smartfon satan şirkətləri müəyyən edib.

Beləliklə, III rübdə ən çox smartfon satan liderlərin TOP-5-ni təqdim edirik.

1. "Samsung”

Cənubi Koreyanın smartfon istehsalçısı "Samsung” şirkəti 2019-cu ilin III kvartalında əvvəlki rübdə olduğu kimi, smartfonların dünya üzrə tədarükü üzrə lider olub.  Belə ki, o, "International Data Corporation” (IDC) analitik şirkətinin araşdırmalarına əsasən, illik ifadədə 8,3% çox, 78,2 milyon ədəd smartfon tədarük edib.

Smartfon bazarında "Samsung”un payı bir il əvvəlki 20,3%-dən 21,8% - ə qədər artıb.

2. "Huawei”

Təchizat həcminə görə ikinci yeri tutan Çinin "Huawei” şirkəti üç hesabat ayı ərzində 66,6 milyon smartfon (illik artım 28,2%) tədarük edib. Onun bazarda payı bir il əvvəlki14,6%-dən 18,6%-a yüksəlib.

Bir çox beynəlxalq bazarlarda problemlərə baxmayaraq, "Huawei” III rübdə Çində mövqeyini ikiqat artırıb. Araşdırmada deyilir ki, "Huawei”in problemlərindən A seriyasının tədarükünün həcmini artırmaqla ən çox "Samsung” qazanıb.

3. "Apple”

ABŞ-ın "Apple” korporasiyası dünya üzrə tədarük həcminə görə üçüncü yeri tutub. Belə ki, o, üç hesabat ayı ərzində 46,6 mln.smartfon (illik ifadədə 0,6% azalma) tədarük edib, bazarda onun payı ötən ilin 13,2%  səviyyəsindən 13%-ə qədər azalıb.

4. OPPO

OPPO şirkəti tədarükü illik ifadədə 4,1% artıraraq, 31,2 milyon smartfon satıb (bazarda payı bir il əvvəlki 8,4%-dən  8,7%-ə çatıb).

Araşdırmada qeyd olunur ki, 2019-cu ilin III rübündə smartfonların ümumi dünya üzrə tədarükü illik ifadədə 0,8% artaraq 358,3 milyon ədədə çatıb.

5. "Xiaomi”

"Xiaomi” şirkəti illik ifadədə tədarükü 3,3% olmaqla 32,7 milyon smartfona qədər azaldıb. Onun bazar payı bir il əvvəlki 9,5%-dən 9,1%-ə qədər azalıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

3 yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayon sakini, 3 yaşlı U.Hacızadə əməliyyat üçün tibb ...

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...