Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?

Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?

2019-cu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,1 faiz üstələyərək, 31,1 milyard manata bərabər olub.

Sfera.az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Ticarət dövriyyəsinin 15741,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15381,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.

 

Satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,4 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,1 faizi ticarət müəssisələri, 50,2 faizi fərdi sahibkarlar tərəfindən, 28,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,2 faiz, fərdi sahibkarlar üzrə 1,6 faiz artmış, bazar və yarmarkalarda isə 7,9 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,5 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,1 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 155,4 manatlıq qeyri-ərzaq məhsulları alıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Məşhur reper tamaşaçıya əsəbiləşdi: “Çıxışda səninlə danışacam”

Məşhur reper Reynmen ləqəbli Yusuf Aktaş Kiprdə verdiyi konsert zamanı xoşagəlməz hadisə ilə üzləşib. Səhnə performansı zamanı izləyicilərdən birinin onun üzəri...

Magistraturaya ixtisas seçimin nəticələri bu tarixdə AÇIQLANACAQ

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi iyulun 16-da saat 23:59-da başa çatıb.   Hələlik nəticələr ictimaiyyətə təqdim...

Bu vitaminin çatışmazlığı COVID-19 riskini artırır

Cənubi Avstraliya Universiteti və London Kral Kollecinin alimləri müəyyən edib ki, D vitamini səviyyəsinin aşağı olması COVID-19 virusuna yoluxanların bu x...

İyul pensiyaları ödənildi

Respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. &...

“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır”

Şuşa şəhərində keçirilən III Qlobal Media Forumu dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. 50-dən çox ölkədən 150-dən artıq nüfuzlu media nümayəndəsinin işt...

Ali Koç vəzifəsindən ayrıldı

2022-ci ilin iyun ayından Klublar Birliyi Vəqfinin sədri vəzifəsini icra edən Ali Koç bu vəzifəsindən istefa vermək qərarına gəlib.   Sfera.az "...