“BAKU ELECTRONİCS” xarab məhsulu insanlara sataraq pul qazanır – FIRILDAĞ – FOTOLAR

“BAKU ELECTRONİCS” xarab məhsulu insanlara sataraq pul qazanır – FIRILDAĞ – FOTOLAR
 
 
Servisə göndərilən elektrik avadanlığı haqqında öyrənilən məlumat müştərini şoka salıb: "1 həftə sonra servisdən zəng gəldi və bizə bildirildi ki, məhsul işlək vəziyyətdədir, lakin bu avadanlıq bizim müraciətimizdən öncə bu servisdə artıq qeydiyyata düşüb. Yəni cihazda problem daha əvvəl varmış, onu servisə göndəriblər, təmir edilib, geri qaytarılıb.
 
Məhsul aldığımız filiala geri dönüb, yaranmış vəziyyəti izah edib, məhsulu geri qaytarmaq istəyimizi bildirdik və cavab olaraq bizə dedilər ki, "Qaytardığınız halda məhsul dəyərindən 40 faiz kəsiləcək”. Uzun mübahisədən sonra faiz dərəcəsini 25-ə qədər saldılar, baxmayaraq ki, məhsul 2 gün ərzində geri qaytarılıb. Bununla da razı olmadım və ərizə forması doldurub baş ofisə şikayətimi bildirdim”.
 
Bir neçə gün sonra bizimlə əlaqə saxlanılır və soylənilir ki, sizin şikayətiniz təstiqlənib və akt tərtib olunub, 2 gün sonra telefonunuza SMS gələcək, pulunuzu tam məbləğdə gəlib götürə bilərsiniz, amma elə olmur: "Beləliklə həmin 2 gün olur 10 gün, zəng edib bir daha maraqlanıram, yenidən bildirirlər ki, 2 gün ərzində SMS gələcək. 3 gün sonra bir daha narazı, aqressiv müştəri olaraq əlaqə saxlayıram, məni sakitləştirib yenidən 2 gün ərzində SMS gələcəyi barədə and verirlər.
 
Həmin 2 gün də olur 1 həftə, artıq zənglərimə qəti şəkildə cavab verilmir, 193 çəğrı mərkəzi hətta problemi aydınlaşdırandan sonra dəstəyi asır. Burada artıq prinsipial bir mənzərə yaranır, 2 gün sonra olan aviabiletimi təxirə salıb üz tutdum mərkəzi ofisə.
 
Müdiriyyət mənimlə danışmaqdan boyun qaçırdı, məsuliyyəti yıxdı servisin üzərinə, servis də müdiriyyətin… Bundan sonra müdiriyyət məsələnin həlli ilə bağlı məsuliyyəti yönləndirdi baş ofisin direktorunun üzərinə… Müdiriyyət məni 2-ci dəfə ərizə yazmağıma yola gətirdi və məsələnin müsbət həllini tapacağına əminlik verdi. Həm də vaxt təyin etdi ki, o vaxta qədər məsələ öz həllini tapacaq. Mən yenidən söz verildiyi günün axşam reysinə aviabilet aldım (Red – Şikayətçi Çində yaşayır). Nəhayət mənim telefonuma mesaj gəldi. Getdim ödənişi geri götürüm, amma məlum oldu ki, öncədən də nasaz olan, 2 gün belə istifadə etmədiyim məhsula ödədiyim pulun 25 faizi kəsilib”.
 
"Baku Electronics” nasaz olan məhsuldan belə öz pulunu qazanıb: "Nəzərinizə çatdırım ki, 25-30 faiz şirkətin məhsul üzərində olan gəliridir. Və bu yaranmış haldan belə qənaətə gəlmək olar ki, şirkət dələduzluq yolu ilə qazanacağı gəliri qazandı və həmin məhsul onların Nəriman Nərimanov filialındakı vitrinə qoyularaq öz novbəti şikar müştərisini gözləyir.
Mənim axşam reysinə aviabiletim var idi və təcili getmək məcburiyyətində idim. Buna görə də, bu prinsipial mübarizəni qazanan "Baku Electronics” oldu”.

OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...