Deputatdan təklif - “Startup”lara vergi güzəştləri tətbiq edilsin

Deputatdan təklif - “Startup”lara vergi güzəştləri tətbiq edilsin
 

Bu gün Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin iqtisadiyyatın daha sürətlə inkişafı və sahibkarlığın genişlənməsinə töhfə verəcəyinə şübhə yoxdur.

Sfera.az bildirir ki, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanda qısa bir müddət ərzində vergilər sahəsində böyük işlər görülüb, sahibkarlar üçün geniş imkanlar yaranıb:

"Bu gün Azərbaycanda vergi siyasəti ölkədə aparılan islahatlar konsepsiyasına uyğun həyata keçirilir. Bu baxımdan da təklif edilən dəyişikliklərin gözəl nəticələr verməsi şübhə doğurmur.

Burada məsələ qaldırıldı ki, elm və təhsil, səhiyyə, eyni zamanda digər sahələrlə bağlı ölkədə istehsal edilməyən, ancaq xaricdən gətirilən avadanlıqlar var ki, bunlara böyük vergilər qoyulmuşdu. Müvafiq məsələhətləşmələrdən sonra qanunvericilikdə dəyişiklik edildi və bu cür avadanlıqların ölkəyə gətirilməsinə güzəştli müddətlər müəyyən edildi. Bu güzəştlər 7 il müəyyən edilmişdi, indi isə 10 il təklif edilir. Bu, olduqca vacib olan bir məsələdir.

 

Digər bir məsələ odur ki, Azərbaycanda "startup”lar həyata keçirilir. Bu "startup”lar iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafına çox böyük töhfədir və bunu təşviq etmək lazımdır. Bu baxımdan hesab edirəm ki, nəzərdə tutulan güzəştlər o sahələrə də tətbiq edilsin”.

Deputat əlavə edib ki, ulu öndər Heydər Əliyev vaxtilə yüksək texnologiya bilikləri tələb edən sahələri, kondisioner və digər zavodların tikintisini Azərbaycana gətirməsəydi, o sahələrdə alimlər yetişməsəydi, konstruktor-təcrübə laboratoriyaları yaradılmasaydı, bu gün Azərbaycanın müdafiə qabiliyyətini öz hesabına təmin edə biləcək işlərin görülməsi mümkün olmazdı.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...