Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətinə gətirilmə planına əsasən kompleks məşqlər keçirilir və şəxsi heyətin funksional vəzifələrini icraetmə bacarıqları yoxlanılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, məşqlərdə bölmələrin və heyətlərin döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqları, eləcə də müxtəlif səviyyələrdən olan komandirlərin tabeçilikdə olanları idarəetmə vərdişləri təkmilləşdirilir.
Əsas diqqət xəbərdaretmə siqnalları ilə fəaliyyətlərin icrası, məxfilik rejiminə əməl edilməsi ilə məlumatların çatdırılması, silah-sursatın verilmə qaydası, şəxsi heyətin toplanış məntəqələrinə və döyüş təyinatı rayonlarına gizli, maskalanmanın tələblərinə riayət etməklə irəliləməsi, hərbi texnikanın döyüşdə tətbiq olunması məqsədilə çıxışa hazırlanması və digər sualların praktiki məşq etdirilməsinə yönəldilir.