UEFA “Qarabağ”a 781 min avro ayırıb

İdman
11:50 / 14.11.2019
2784
Ağdamın "Qarabağ” klubunun büdcəsinə UEFA-dan növbəti vəsait daxil olub.
Sfera.az bildirir ki, əyalət təmsilçisi Avropa Liqası turnirinin qrup mərhələsində çıxışına (1 qələbə üçün 570000 avro, 1 heç-heçəyə görə 190000 avro) və Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə klubun turnir cədvəlində mövqeyinə görə 21000 avro (market-pool–ilkin ödəniş) qazanc əldə edib.
Bu vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.