Müdafiə Nazirliyi: "Düşmən tərəfinin itkiləri həmişə xeyli sayda olur"
Düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur.
Sfera.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən deyiblər.
Nazirlikdən bildiriblər ki, erməni hərbi rəhbərliyinin silahlı qüvvələrində baş verən çoxsaylı itkilərini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib. Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur.
Qeyd olunub ki, bu gün də baş verən insidentdə isə təlafatın sayı çox olduğundan və qarşı tərəf ölənlər barədə məlumatı gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb. Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq.