Azərbaycanlı hakimə UEFA-dan təyinat

İdman
11:20 / 13.11.2019
1833
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
Sfera.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.
Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığma komandaları mübarizə aparacaq. Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək.