Mirşahin Əli İnsanovun oğurladığı qızılları və milyonları göstərdi — VİDEO

Mirşahin Əli İnsanovun oğurladığı qızılları və milyonları göstərdi — VİDEO

Sabiq səhiyyə naziri Əli İnsanovun vəzifəsindən süi-istifadə edərək dövlətdən mənimsədiyi əmlakın siyahısını açıqlanıb.


Sfera.az Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər REAL TV-də yayımlanan "Mir Şahinin Vaxtı" verilişində efirə gedib. 


Ümumilikdə müsadirə olunmuş əmlakların dəyəri belədir:


11 adda daşınmaz əmlaklar - 3 milyon 650 min manat


523 adda qızıl-zinət əşyaları - 1 milyon 645 min 48 manat


1 adda avtomaşın 47 min manat


Nağd pul vəsaitləri 1 milyon 309 min 295 ABŞ dolları, 884 min 475 avro və 8 min 984 manat.


İndi isə İnsanovun insan və ov münasibətlərinin daha bir yırtıcı mənəzərəsi faktlarda:


Beləliklə, mülki iddianın təmin edilməsi üçün cəmi 23 milyon 372 min 37 manat 71 qəpik dəyərində daşınmaz əmlaklar üzərinə məhkəmə qərarları əsasında həbs qoyulub.


Bakı şəhəri, Səbayıl rayonu, Lermontov -121 ünvanındakı yaşayış binasının birinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Bakı şəhər 15 saylı uşaq poliklinikasının birinci şöbəsinin 354.7 kvadret metr qeyri-yaşayış sahəsi. Korrupsiyaya qarşı mübariz Əli İnsanov poliklinaknı Bayıl qəsəbəsindəki 2-ci şöbəsinin müvafiq şəraiti olmayan inzibati binasına köçürülməsi haqqında qanunsuz sərəncam verib boşaldıb, daha sonra boşaldılmış ərazini özəlləşdirməklə öz mülkiyyətinə keçirib.


Bakı şəhəri Səbayıl rayonu, Əliyarbəyov küçəsi, 3 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Tibbi Təchizat İdarəsi, Bakı şəhər Apteklər İdarəsi, Əczaçılıq və Tibb Sənayesi, Tibbi texnika istehsalat-ticarət birliklərinin 319.1 kvadrat metr qeyri-yaşayış sahəsi. Antirüşvət və amansız antikorrupsiant İnsanov bu bəla ilə mübarizə tədbirləri çərçivəsində 2002-ci ilin avqust ayınını 8-də azad və müstəqil surətdə, bütün qanunlara tüpürərək əmr verib və qeyri yaşayış sahəsini boşaltdıqdan sonra həmin sahənin qızı Ayla Ştelenin-Əliyevanın adına rəsmiləşdirilməsinə nail olub, faktiki öz mülkiyyətinə keçirərək, yaşayış mənzili kimi istifadə edib.


Bakı şəhəri, Səbayıl rayonu, Əliyarbəyov küçəsi-3 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasının 202.2 kvadrat metr qeyri-yaşayış sahəsi, həmin rayonun Üzeyir Hacıbəyov küçəsi-52 ünvanındakı Bakı şəhəri, endrokrinoloji dispanserinin 76.8 kvadratmetr qeyri-yaşayış sahəsi. Dispanserin diabet xəstələrinə pəhriz qida məhsullarının satışı üçün ayrılmış mağazasının fəaliyyətini əvvəlcədən düşünülmüş plana uyğun olaraq dayandıraraq, qəsdən istifadəsiz hala gətirmiş, xəstələrə xidmət sahəsini azaltmaqla, onların normal şəraitdə tibbi yardım alma imkanlarını məhdudlaşdırmış, onun guya nazirliyə lazım olmaması görüntüsü yaratmış, sahənin qanunsuz özəlləşdirilməsinə nail olub, faktiki öz mülkiyyətinə keçirmiş, gəlir əldə etmək üçün onu icarəyə vermişdir.


Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi-23 ünvanındakı Respublika Endrokrinoloji Dispanserin 378 kvadrat metr qeyri-yaşayış sahəsi. Dispanser ləğv edilərək özəlləşdirilmişdir.


Hörmətli tamaşaçılar, cərrahiyyədə bir sıra əməliyyatlar olur ki, onlar uzun vaxt tələb edir. Ona görə də İnsanovun ictimai-iqtisadi-maliyyə vücudu üzərində apardığımız əməliyyat uzun çəkəcək. Çünki bu insanın, İnsanovun korrupsiya və rüşvət radiusu, qeyri-qanuni İnsanov dövlətinin ərazisi kifayət qədər genişdir və bizim təvazökar vaxtımızın hüdudlarına sığmır. Amma söz verirəm ki, hər görüşümüzdə Sizə o nəhəng haram mülkün, əcinnə adasının hansısa hissəsini təqdim edəcəyəm. Amma bir məqam var ki, onu xüsuslə qeyd etməliyəm. Bu insan ovu uzaqda etmir. Ona etibar edilmiş səhiyyə obyektlərini caynağına keçirirmiş.


Məsələn Elmi-tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu, Yasamaldakı Stomotoloji Poliklinika, Rəşid Behbudov küçəsindəki Uşaq poliklinikası, Topçubaşov küçəsində yerləşən Qasımov adına 1 Saylı Doğum Evinin 1583. 3 kvadrat metr qeyri yaşayış və 6680.6 kvadrat metrlik torpaq sahələri, Nəsimi rayonunda yerləşən 3 Saylı Uşaq Xəstəxanasının ikinci korpusunun 1241 kvadrat metrlik qeyri yaşayış sahəsi və 1969.7 kvadrat metrlik torpaq sahələri uzun bir siyahı var ki, hər paqraf üzərində xeyli dayanmalıyıq.


Amma bizim başqa dərdimiz-sərimiz də var axı. Ona görə də İnsanovun Azərbaycan dövlətinə alternativ olaraq yaratdığı dövlətin coğrafiyası barədə gələn görüşümüzdə də danışacağıq. Amma bir fakt barədə danışmadan mövzunu qapamaq istəmirəm. Deməli, Lüksemburq Hersoqluğunun "Bank de Lüxeburq” kommersiya bankında Əli İnsanovun 1 milyon. 280 min 645 dollar 57 senti, oğlu Vidadi İnsanovun 255 min 65 avro məbləğində pul vəsaiti saxlanılır və Azərbaycanın müraciəti əsasında onlar dondurulub.

 


 


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...