İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi- FOTOLAR

İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi- FOTOLAR
 İstanbulda "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "İstiqlal” beynəlxalq bilik yarışının açılışı olub. 
 

Sfera.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən İctimai Birliyin sədri Aqil Ələsgər yarışın əhəmiyyətindən danışıb. Bildirib ki, yarışda Türkiyədə təhsil alan xarici və yerli tələbələrin Azərbaycanın tarixi, mədəniyyəti, dövlət siyasəti, iqtisadiyyatına dair bilikləri yoxlanılır.

Tədbirin əsas məqsədinin türkiyəli və xarici tələbələrə Azərbaycanı doğru şəkildə tanıtmaq olduğunu deyən A.Ələsgər yarışın gənclərin intellektual oyunlara marağını artırmaq baxımından da əhəmiyyətini vurğulayıb. O, yarışın təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Gənclər Fonduna minnətdarlığını bildirib.

Gənclər Fondunun nümayəndəsi Mübariz Qadirov təmsil etdiyi qurumun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən danışıb. O, Azərbaycanda dövlət gənclər siyasətinin uğurla reallaşmasında fondun mühüm rol oynadığını qeyd edib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Xəyyam Daşdəmirov, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay ölkələrimiz arasında qardaşlıq əlaqələrinin tarixi köklərindən danışıblar.

Bildirilib ki, bu cür tədbirlər Azərbaycan ilə Türkiyə arasında strateji ortaqlıq və qardaşlıq münasibətlərinin tarixinin öyrənilməsinə müsbət təsir göstərir. Natiqlər tədbirin Dövlət Bayrağı Günü ərəfəsində keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

İki gün davam edəcək bilik yarışında xarici və yerli tələbələrdən ibarət 30 komanda mübarizə aparır. Yarışın qalibləri (5 nəfər) Azərbaycana səyahət imkanı əldə edəcəklər.



OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...