Həbib Makqreqorla döyüşünün şərtini açıqladı

Həbib Makqreqorla döyüşünün şərtini açıqladı
 

UFC kəməri üçün təkrar döyüşümü xatırlayıram. Onda artıq 9-10 döyüş keçirmişdim. Əgər Makqreqor ardıcıl 10 döyüşdə qalib gəlsə, onda onunla görüşməyim mümkündür.

Həbib Nurməhəmmədov açıqlamasında Konor Makqreqorla təkrar döyüşün şərtlərini açıqlayıb.

Dağıstanlı döyüşçü martda Las-Veqasda döyüş keçirmək üçün şərtinin olduğunu bildirib. O, ötən ilin oktyabrın 6-da Las Veqasda Konor Makqreqorla görüşdən sonra Nevada Ştat Atletika Komissiyasının onu cərimələməsindən narazıdır. Bu səbəbdən o, Toni Ferqyusonla döyüşünü Nyu-Yorkda keçirməkdə maraqlıdır:

"Onlar (UFC) mənə martda Las-Veqasda döyüşməyi təklif edib. Amma mən demişəm ki, Las-Veqas məndən rəsmi şəkildə səhv cərimələməyə görə üzr istəsə, onda mən orada döyüş keçirərəm.

Əgər üzr istəməsələr, onda mənim döyüşümü başqa tarixə salsınlar. Bildiyim qədərilə, onlar apreldə Nyu-Yorkda döyüş keçirməyi planlaşdırır. Üzr olmasa, mən apreldəki döyüşə hazıram”.

Konor Makqreqor Moskvada keçirdiyi mətbuat konfransında yanvarın 18-də oktaqona qayıdacağını açıqlayıb. Onun rəqibi bilinməsə də, bunun Castin Qeyci və ya Donald Sirouni olacağı gözlənilir. Lakin irlandiyalı döyüşçünün özü bir həftə əvvəl Neyt Diası xal hesabı ilə məğlub etmiş Xorxe Masvidalla görüşmək istəyir. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...

Qaxda avtomobil 74 yaşlı piyadanı vurdu

Qaxda 74 yaşlı kişini avtomobil vurub.     Sfera.az xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib.   Qax rayonu Qaxb...

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. So...

Qardaşı tərəfindən boğazı kəsilən qadın hamilə imiş

Bir gün öncə qardaşı tərəfindən boğazı kəsilən 1987-ci il təvəllüdlü Gülnarə Nəcəfova altı aylıq hamilə imiş.   Sfera.az Teleqraf-a istinadla xəbər v...

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında mülayim...