Azərbaycanda müəllim şagirdi əsəbiləşdirdi, uşağın ağzı əyildi - VİDEO

Azərbaycanda müəllim şagirdi əsəbiləşdirdi, uşağın ağzı əyildi - VİDEO

Sosial şəbəkələrdə Sumqayıtdakı İnteqrasiya internat tipli gimnaziyada yeddinci sinif şagirdinin sinif yoldaşları tərəfindən döyülərək, sol gözünün çıxarıldığı barədə məlumat yayılıb.

Bildirilir ki, hadisə zamanı gimnaziyanın 7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızının ağız nahiyəsi də əyilib və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilib.

APA TV hadisə ilə bağlı araşdırma aparıb. 13 yaşlı Rəfiqə Nuriyeva bildirib ki, hadisə birinci saat tarix dərsində baş verib:

"Sinif yoldaşım zarafatlaşmaq üçün hamıya vuranda mənim də qolumdan vurmuşdu. Mən əsəbiləşib gedib vurmaq istəyəndə müəllimimiz həmin an müəllimlər otağından çıxıb dərsə gedirdi. Onda müəllim gördü ki, mən başqa bir uşağın arxasınca qaçıram. Mənə "utanmırsan, bir oğlanın dalınca qaçırsan” dedi. Mən də əsəbiləşdim, onda ağzım əyilməyə başladı”.

Gimnaziyanın direktoru Ayət Kərimova hadisənin noyabrın 5-də olduğunu bildirib və hər hansı bir döyülmə hadisənin olmadığını qeyd edib.

Şagirdin atası Elbrus Nuriyev isə uşağı məktəbə qoyduqdan bir saat sonra məktəbdən ona zəng olunduğunu söyləyib:

"Bir saatdan sonra mənə zəng gəldi ki, bəs qorxmayın, uşağınızın sifətində əyilmə var, tez gəlin. Xəstəxanada uşağın ağır olduğunu söylədilər. Və sonra yerləşdirdilər xəstəxanaya”.

Sumqayıt Uşaq Xəstəxanasından isə bildirilib ki, Rəfiqə Nuriyevada gözlə görünəcək hər hansı xəsarət müşahidə olunmayıb:

"5 noyabr 2019-cu il tarixdə uşaq xəstəxanaya üz sinirinin nevriti diaqnozu ilə daxil olub. Və hazırda da müalicə almağa davam edir. Yəni daxil olanda üz sinirinin nevriti diaqnozu qoyulub və bizdə o diaqnoz da təsdiqlənib. Hazırda da bütün nevroloji müayinələr aparılır. Xəstənin vəziyyəti stabildir. Hər hansı ağırlaşma da yoxdur”.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(oxu.az)



OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...