Bank “BTB” bayram günü və həftəsonu fəaliyyət göstərəcək

Bank “BTB” bayram günü və həftəsonu fəaliyyət göstərəcək
 

"Bank BTB” əhalinin bank xidmətlərindən səmərəli və rahat istifadə etməsini təmin etmək məqsədilə 9,10 və 11 noyabr tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək.

 

Belə ki, bankın "İnşaatçılar”, "Gənclik-1” və "Gənclik-2” şöbələri və "Sahil” filialı əhaliyə depozit qəbulu, pul köçürmələri, kommunal ödənişlər, kassa əməliyyatları və bu kimi digər xidmətlər göstərəcək.
 

Bankın xidmət nöqtələri ilə bit.ly/filiallar-btb linkindən tanış olmaq mümkündür.

 

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az  rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb  və www.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və İnstagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.



OXŞAR XƏBƏRLƏR