Ankara terrorunun DETALLARI: Rus kəşfiyyatı barədə ŞOK İDDİA
Dünya
14:38 / 19.02.2016
2664
Ankaranın mərkəzində fevralın 17-də təşkil edilən terror aktının detalları üzə çıxmağa başlanıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror aktını törədən 24 yaşındakı Saleh Neccar Suriya rejiminin hərbi kəşfiyyatı olan "Emn ül-Askeri” ilə əlaqəli olub.
Bu fakt isə hücum əmrinin Dəməşqdən gəldiyinı göstərir. Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da bu ehtimalı təsdiqləyən açıqlama verib: "PYD-nin həmsədri Saleh Müslim əmri şəxsən Bəşər Əsəddən alır. Saleh Müslim Türkiyəyə qarşı hücumların təşkil edilməsi təlimatını da birbaşa Əsəddən alıb. Bütün məlumatlar sənədləri ilə bizdədir”.
PYD-nin silahlı qanadı YPG-yə qatılan Qərb terrorçularının internetdə yerləşdirdiyi videoçarx da PYD-nin kənardan alınan əmrlə hərəkət etdiyini göstərir. Üzü bağlı terrorçular ingilis, alman, ispan və kürd dillərində danışaraq Türkiyənin bütün dünyadakı rəsmi qurumlarına hücum çağırışı ediblər.
Terror aktından sonra təşkil edilən ilk təhlükəsizlik toplantısında da "Terror aktının arxasında kimlərin olduğunu bilirik” mesajı verildi. İddialardan birinə görə, terror aktında rus kəşfiyyatının da barmağı var və hücum Rusiyanın Su-24 təyyarəsinin vurulmasına cavabdır. Bildirilir ki, terror aktının hədəfində Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin olması bunu deməyə əsa verir.
Saleh Müslim isə iddiaları rədd edib: "Terror aktı ilə nə yaxından, nə də uzaqdan əlaqəmiz var. Saleh Neccarı da tanımırıq. Heç bir əlaqəmiz olmayıb”.
Məlumata görə, terror aktını törədən Saleh Neccar İŞİD-in Kobaniyə hücumundan sonra - 2015-ci ilin iyulunda Türkiyəyə sığınıb. O, 8 iyul 2015-ci ildə digər qaçqınlarla birlikdə Suriyanın Qamışlı bölgəsindən Suriyaya keçib. Barmaq izi alınan Neccara biometrik şəxsiyyət vəsiqəsi verilib. O, Türkiyəyə gəldikdən sonra da bir neçə dəfə Suriyaya gedib və müəyyən müddət orada qaldıqdan sonra qayıdıb.
İstintaqın əldə etdiyi məlumata görə, YPG-li Neccar PKK-nın liderlərindən olan Murad Karayılanın "Fədai Batalyonu” kimi tanınan qrupda bomba və sui-qəsd təlimi alıb. O, 20 dekabr 2015-ci ildə İzmirdə kirayəyə götürdüyü 06 FB .... nömrəli avtomobillə 8 yanvar 2016-cı il tarixində Ankaraya gedib və 39 gün ərzində Ankarada qalıb. Bəzi iddialara görə, partlayıcı maddələr avtomobilə Diyarbəkrdə yüklənilib. Ancaq avtomobilin partlayıcı maddələrlə 600 kilometr yol qət etməsi və Ankarada 39 gün qalmasının mümkün olmadığı iddia olunur. Buna görə də partlayıcı maddələrin avtomobilə paytaxt yaxınlığında yüklənməsi ehtimal edilir. Partlayıcı maddələrin çəkisinin 300 kiloqrama qədər olduğu təxmin edilir.