Bakıda xəstənin yaxınları həkimləri təhqir etdilər

Bakıda xəstənin yaxınları həkimləri təhqir etdilər

Dünən gecə Bakıdakı Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstənin yaxınları tərəfindən təhqir və şantaj ediliblər.

Sfera.az xəbər verir ki, bu barədə trend-ə Xəstəxananın baş həkimi Bəyalı Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Esmira Asif qızı Yusifova təcili tibbi yardımla ağır vəziyyətdə xəstəxanaya çatdırılıb: "Xəstə anadangəlmə I tip şəkər xəstəsi olub. Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilib, tibbi yardım göstərilib, şəkəri normal vəziyyətə salınıb. Mən və müavinlərim bir neçə dəfə xəstənin vəziyyətinə şəxsən nəzarət etmişik. Gecə xəstənin anası və daha 4 kişi qohumu reanimasiya şöbəsinə keçməyə cəhd ediblər. Kişilər sərxoş vəziyyətdə olduğundan dava salıblar. Reanimasiya şöbəsində bir neçə ağır xəstə var, bu şöbəyə giriş qadağandır. Həkimlər həmin insanları sakitləşdirməyə çalışarkən təhqir olunublar. Yalnız mühafizəçilərin müdaxiləsi ilə onları şöbədən çıxarmaq mümkün olub".


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...