“Qarabağ” bu gün Kiprdə APOEL-lə qarşılaşacaq – AFİŞA

“Qarabağ” bu gün Kiprdə APOEL-lə qarşılaşacaq – AFİŞA
 

"Qarabağ” bu gün UEFA Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirəcək.

Sfera.az "Report” -a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi IV turun görüşündə APOEL-in qonağı olacaq. Kiprin paytaxtı Nikosiyadakı "GSP Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Bu komandaların oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşmiş III tur matçında heç-heçə qeydə alınıb – 2:2. Qarşılaşmanın 13-cü dəqiqəsində Dani Kintana hesabı açsa da, 29-cu dəqiqədə Maksim Medvedev avtoqola imza atıb. 45+1-ci dəqiqədə Linus Hallenius qonaqları önə keçirdiyi halda, 58-ci dəqiqədə Ailton Silva son nöqtəni qoyub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda İspaniyanın "Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzsa da, Lüksemburqda "Düdelanj”ı üstələyib - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə "Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.

Beləliklə, hesabında 4 xalı olan "Qarabağ” yer aldığı A qrupunda 2-ci sıradadır. Lider "Sevilya”nın 9, ikinci pillədəki "Düdelanj”ın 3, sonuncu yerdəki APOEL-in isə 1 xalı var.

APOEL indiyə qədər Avropa Liqasının qrup mərhələsində evdə keçirdiyi 10 oyundan 5-də qalib gəlib və 4-də uduzub. "Qarabağ” isə 13 matçdan 4-də qalib gəldiyi halda, 8 dəfə məğlub olub. Komandaların hərəyə 1 görüşü isə heç-heçə ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində argentinalı yarımmüdafiəçi Tomas de Vinsenti və sloveniyalı hücumçu Roman Bezyak zədəlidirlər. Ağdam komandasında isə xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə Azərbaycan millisinin hücumçusu Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyəcək.

Qeyd edək ki, qrupun digər matçında "Düdelanj” "Sevilya”nı qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

21:55. APOEL (Kipr) – "Qarabağ” (Azərbaycan)

Baş hakim: Manuel Şüttenqruber

Yan xətt hakimləri: Roland Brandner və Robert Ştaynaxer

Dördüncü hakim: Kristofer Joger (hamısı Avstriya)

Hakim-inspektor: Georgios Bikas (Yunanıstan)

UEFA nümayəndəsi: Ariel Kennet Şayman (İsrail)

Nikosiya, "GSP Arena”.


OXŞAR XƏBƏRLƏR

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...

Qaxda avtomobil 74 yaşlı piyadanı vurdu

Qaxda 74 yaşlı kişini avtomobil vurub.     Sfera.az xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib.   Qax rayonu Qaxb...

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. So...

Qardaşı tərəfindən boğazı kəsilən qadın hamilə imiş

Bir gün öncə qardaşı tərəfindən boğazı kəsilən 1987-ci il təvəllüdlü Gülnarə Nəcəfova altı aylıq hamilə imiş.   Sfera.az Teleqraf-a istinadla xəbər v...

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında mülayim...