Harvard professoru uzunömürlülüyün ƏSAS SİRRİNİ açdı

Harvard professoru uzunömürlülüyün ƏSAS SİRRİNİ açdı

Məşhur Amerika və Avstraliya bioloqu Devid Sinkler resveratrolun qocalma əleyhinə təsirini araşdıran dünyanın aparıcı mütəxəssislərindən biridir. Hazırda ABŞ-da, Harvard Tibb Məktəbində işləyir.

Sfera.az xəbər verir ki, həkim Avstraliya Tibbi Tədqiqat Cəmiyyəti medalı və Amerika Birləşmiş Ştatları Səhiyyə Departamentinin NIGMS MERIT mükafatı da daxil olmaqla 25-dən çox nüfuzlu mükafat qazanıb.

Professorun sözlərinə görə, siçanlar üzərində aparılan təcrübələr göstərir ki, düzgün pəhriz və resveratrol ən yaxşı birləşmədir:

"Siçanlarda piylənmə olduqda resveratrol əhəmiyyətli təsir göstərir. Ancaq balanslı pəhriz və resveratrol verdiyimiz siçanlar yalnız vasitə qəbul edənlərdən çox yaşayır. Bu da onu göstərir ki, resveratrol pəhrizlə birlikdə daha güclü təsirə malikdir. Dərman və regeranitiv müalicə ömrü uzatmaq üçün böyük potensiala malikdir. Tədqiqatım vücudun müdafiəsini aktivləşdirərək bədənin mümkün qədər uzun müddət sağlam qalmasını hədəfləyir.

2050-ci ildən sonra doğulan uşaqların 100 yaşa qədər yaşamasını gözləmək olar. İnsanlar ömrünün çox hissəsini sağlam keçirəcək, 80 yaşdan sonra tennis oynaya və nəvələri ilə əylənə biləcəklər. İndi bəzi insanlarda buna rast gəlinir, lakin yaşlanma əleyhinə vasitələr əlçatan olduqda bu aktivliyi çoxunda görə bilərik. Bu da o deməkdir ki, indi 100 yaşına qədər yaşayan insanların ömrü 120-130-a qədər uzana bilər".

 

Professor hesab edir ki, əsrin sonuna qədər insanlar 150 yaşa kimi yaşaya bilər, çünki o vaxta qədər bir sıra tədqiqatlar aparılacaq:

"30 yaşdan əvvəl qəbul edilən dərmanlar orqanizmin xəstəliklərə və yaşlanmaya qarşı müdafiəsini artırmağa imkan verəcək", - o bildirib. (publika.az)


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, mətndə deyilir: &nb...

"İnsanlar bəzən bilərəkdən səhv addımlar atırlar"- Yeni TƏDQİQAT

London Universitetində aparılan yeni tədqiqat insanların bəzən bilərəkdən “axmaq” və ya səhv addımlar atdığını ortaya qoyub.   Sfera.az ...

Prezident ona ali xüsusi rütbə verdi

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə ...

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...