Onlar itkin düşüb

Onlar itkin düşüb
Bakıda daha iki nəfər itkin düşüb.
Daxili İşlər Nazirliyindən "Qafqazinfo”ya verilən məlumata görə, biri kişi, digəri isə qadın olan şəxslər yanvar ayında itkin düşüblər
20.10.1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızı 11.01.2016-cı il tarixdə Bərdə şəhərində, 13.12.1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu isə 23.01.2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq gediblər və bir daha geri qayıtmayıblar. Sonuncu dəfə Türkanə paytaxt ərazisində görünüb.
İtkin düşmüş bu iki şəxsin xarakterik əlamətləri aşağıdakılardır:
Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir.
Rəşad Əliyevin boyu isə 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir.
Türkanə Mamedovanı və Rəşad Əliyevi görənlərdən və ya itkin düşmüş bu iki şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR