1 tondan çox narkotik dövriyyədən çıxarılıb

1 tondan çox narkotik dövriyyədən çıxarılıb

Bu ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən müxtəlif adda 1 ton 74 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir.

Növbəti belə tədbir paytaxtın Maştağa qəsəbəsində həyata keçirilib. Əldə edilmiş əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qəsəbə sakini Cahangir Hüseynov saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman oradan ümumi çəkisi 7 kiloqram 400 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və bir müddət əvvəl həyətində əkdiyini, xüsusi qulluq edərək yetişdirəndən sonra qurutduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd olunub ki, cari ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən ümumilikdə müxtəlif adda 1 ton 74 kq. narkotik vasitə çıxarılıb. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 114 kiloqram çoxdur. Həmin narkotik vasitələrin 664 kiloqramı qurudulmuş marixuana, 127 kiloqramı heroin, 168 kiloqramı tiryək, 11 kiloqramdan artığı isə psixotrop maddələr olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və alqı-satqısına qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...