Almaniyada “Naxçıvan” adında klub yaradıldı, rəsmi qeydiyyata alındı - Foto

Almaniyada “Naxçıvan” adında klub yaradıldı, rəsmi qeydiyyata alındı - Foto

Dünya Azərbaycanlıları Assambleyasının futbol klubu olan "AZE Nakhchivan SK" (Köln) futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyata alınıb. 

Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, bu barədə "Report"a Alman-Azərbaycan Mədeniyyet Evinin icraçı direktoru, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Rəşad Quliyev məlumat verib. 

O, əsas məqsədin peşəkar futbol klubu yaradaraq, Avropada Azərbaycanı layiqincə təmsil etməkdən ibarət olduğunu bildirib. Quliyevin sözlərinə görə, klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdır: "Bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarına avropalıların diqqətini cəlb etmək istəyirik. Eyni zamanda peşəkar futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etmək niyyətindəyik”. 

Futbol mütəxxəsisi Aydın Karaca "AZE Nakhchivan” SK futbol klubunun rəhbəri, Serdar Demir klubun icraçı direktoru, Nana İzak (Qanalı futbol mütəxxəsisi) klubun rəhbərinin müavini, Erkan Çelik maliyyə məsələlərindən məsul şəxs, "Araz Naxçıvan" futbol klubunun baş direktoru Ceyhun Məmmədov Azərbaycan üzrə əlaqələndirici seçilib. Klubun artıq 1 yaşıl , 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyət göstərir. 

Qeyd edək ki, "AZE Nakhchivan SK" klubu 2017-ci il sentyabrın 12-də Almaniyanın Köln şəhərində təsis edilib.


OXŞAR XƏBƏRLƏR

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...