Azərbaycanlı səfir MSK sədri ilə görüşüb
Cəmiyyət
11:44 / 19.02.2016
1025
Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovla görüşüb.
"Qafqazinfo” xəbər verir ki, görüşdə yeni təyinatı ilə bağlı səfiri təbrik edən Komissiyanın sədri fəaliyyətində ona uğurlar arzulayıb. Kuandık Turqankulov parlamentə növbədənkənar seçkilərə hazırlıqla bağlı məlumat verib.
Səfir Rəşad Məmmədov əmin olduğunu vurğuladı ki, Qazaxıstan demokratik ənənələrinə sadiq qalaraq növbəti seçk prosesini də uğurla həyata keçirəcək
O, müxtəlif millətlərin sülh şəraitində yaşamasının və onların cəmiyyətə tam hüquqlu inteqrasiyasının təmin ediməsi baxımından N.Nazarbayev tərəfindən irəli sürülən Qazaxıstan Xalqları Assambleyasının dünyada unikal bir inistitut olmasını vurğulayıb.
Bu gün Qazaxıstanda rəsmi olaraq 130 mindən çox azərbaycanlı yaşayır. Səsvermə hüququ olan azərbaycanlılar seçkilərdə fəal iştirak edir,- deyən səfir bidirib ki, Qazaxıstanda bütün xalqlar kimi azərbaycanlılar üçün də yüksək şərait yaradılıb.
Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etdilər.