“Bütün reyslərə yüksək səviyyədə zəmanət veririk” - Cahangir Əsgərov
Cəmiyyət
11:37 / 19.02.2016
904
"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti aşağı büdcəli istiqamətləri üzrə uçuşlar yerinə yetirəcək yeni "AZALJET” brendinin yaradılmasına dair planlarını elan edib.
AZAL-ın mətbuat xidmətindən "Qafqazinfo”ya daxil olan məlumata görə, "AZALJET” brendi altında uçuşlar 2016-cı il 28 mart tarixindən etibarən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetiriləcək. "AZALJET” brendi altında yerinə yetiriləcək reyslərdə baqajın daşınması və bortda qidalanma əlavə ödəniş müqabilində təklif olunacaq.
Son illərdə aşağı büdcəli aviaşirkətlər bütün dünyada məşhurluq qazanıb. Bu, aviadaşıma biznesinə "aşağı xərclər - aşağı tariflər – yüksək tələb - yüksək gəlir” formulu ilə ifadə olunan yanaşmadır. "Azərbaycan Hava Yolları” özünün aşağı büdcəli brendini ayrıca struktura ayırdıqdan sonra, əvvəlki kimi həm baqajın daşınması, həm də tam çeşidli bort qidalanmasının daxil olduğu klassik aviareyslərini yerinə yetirməyə davam edəcək.
"Bu biznes-model müəyyən xidmətlərə qənaət edilməsini nəzərdə tutur ki, bu da, klassik aviaşirkətlər ilə müqayisədə qiyməti xeyli aşağı salmağa imkan verir. Bununla yanaşı, biz Azərbaycanın Milli aviadaşıyıcısının bütün reyslərində əvvəlki kimi təhlükəsizlik və xidmətin yüksək səviyyəsinə zəmanət veririk", - deyə AZAL QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.