Polis 15 yaşlı qızı qaçıran oğlanları saxladı

Polis 15 yaşlı qızı qaçıran oğlanları saxladı

Gürcüstanda 15 yaşlı qızı qaçıran üç oğlan saxlanılıb.

Sfera.az xəbər verir ki, hadisə noyabrın 5-də ölkənin Acariya bölgəsində baş verib.

19 yaşlı üç nəfər yetkinlik yaşına çatmayan qızı zorla maşına mindirərək qaçırıblar.

Həmin üç nəfərdən biri qızla evlənmək istəyib. Digər iki nəfər isə həmin şəxsin dostu olub və bu işdə ona kömək ediblər.

Hər üç şəxs məhkəmənin qərarı ilə həbs olunub. Onlara qarşı irəli sürülən ittiham sübuta yetirilərsə, 19 yaşlı gəncləri 10 ilə qədər həbs cəzası gözləyir.

Bundan başqa, oktyabrın 15-də də oxşar hadisə baş vermişdi.

Kvemo-Kartli bölgəsində azərbaycanlı əhalinin yaşadığı kənddə məktəbli qız qaçırılmışdı. Onun müəllimi Həmid Sadıqov isə sosial şəbəkədə buna etiraz etmişdi.

Yerli sakinlər isə H.Sadıqovu kəndin mərkəzində hamıdan üzr istəməyə məcbur etmişdilər və bunu videoya çəkib internetdə yayıblar.

İctimai fəalların H.Sadıqova dəstəyindən sonra polis işə qarışıb və qızı qaçıran iki nəfər saxlanılmışdı.(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...