“Napoli”nin prezidenti futbolçuları bazaya qapadıb

“Napoli”nin prezidenti futbolçuları bazaya qapadıb
 

İtaliyanın "Napoli” klubunun prezidenti Aurelio De Laurentis əsas komandanın futbolçularını bu həftənin sonuna qədər bazaya qapadıb.

Sfera.az xəbər verir ki, 70 yaşlı funksioner Neapol təmsilçisinin son 3 matçda qalib gələ bilməməsinə görə bu addımı atıb. De Laurentis qərarını bu cür şərh edib: "Bu, cəza deyil, oyunçuların bir-birlərini yaxından tanımaqları üçün bir fürsətdir”

Komandanın baş məşqçisi Karlo Ançelotti isə prezidentin qərarı ilə razı olmadığını söyləyib: "Klubun verdiyi qərarla razı deyiləm. Ancaq məşqçi məşqçi olaraq qalmalıdır. Bu, klubun verdiyi qərardır”.

Qeyd edək ki, Çempionlar Liqasında 7 xalla E qrupunun lider olan "Napoli” bu gün IV turda Avstriya təmsilçisi "Zaltsburq”u qəbul edəcək. A Seriyasında 18 xalla 7-ci sırada qərarlaşan neapollular noyabrın 9-da XII tur çərçivəsində evdə "Cenoa” ilə qarşılaşacaq.


OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmət...