Azərbaycan neftinin də qiyməti dəyişdi
Cəmiyyət
10:19 / 19.02.2016
1030
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,11 dollar, yaxud 0,32% ucuzlaşıb.
Sfera.az Report-a istinadən bildirir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34,77 dollara düşüb.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.