Fatimə həyat yoldaşına görə intihara cəhd edib

Maqazin
15:40 / 05.11.2019
1693
"Həyatımdan kitab yazsam, gərək onu əlində dəsmalla oxusunlar. Nağılabənzər kitabım var. Tam xoşbəxt deyiləm. O zaman olardım ki, oturardım, pul oradan-buradan gələrdi."
Sfera.az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Lider maqazin" proqramında rəqqasə Fatimə Fətəliyeva söyləyib.
Sənətçi bildirib ki, həyat yoldaşı Xəyala olan sevgisi onu intiharadək sürükləyib:
"Vaxt olub ki, 40-a yaxın dərman içib, özümü öldürmək istəmişəm. Rəfiqəmin anası olmasaydı, indi ölmüşdüm. Səbəbi isə sevgi olub. Onu sevdiyimə görə peşman deyiləm. Allah o sevgidən mənə gözəl oğlan bəxş edib".
Qeyd edək ki, Xəyal Fatimə Fətəliyevanın ikinci həyat yoldaşıdır. Cütlüyün bu nikahdan Hüseyn adlı oğlan övladı, rəqqasənin birinci evliliyindən isə Aydan adlı qızı var.