Ceyhun Bayramov müəllimlərlə bağlı əmr imzaladı

Ceyhun Bayramov müəllimlərlə bağlı əmr imzaladı
 

Təhsil naziri Ceyhun Bayramov "Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə əmr imzalayıb. 

Sfera.az xəbər verir ki, əmrdə qeyd olunub ki, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə etmiş və ümumilikdə 140 minə yaxın müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilib.

Bununla yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının, Respublika İncəsənət Gimnazıyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına müsiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin sosial rifahının artırılması, eyni zamanda ümumi təhsil müəssisələrində çalışan psixoloqların peşəkarlıq səviyyələrini və təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədilə həmin kateqoriyaya daxil olan təhsilverənlərin bu ilin sonunadək diaqnostik qiymətləndirməyə cəlb olunması zərurəti yaranıb.

İnsan resursları şöbəsinə diaqnostik qiymətləndirmənin cari ilin sonunadək "Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları”na uyğun təşkili və keçirilməsinin təmin edilməsi tapşırılıb. 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (Ö.Eldarov), Bakı Xoreoqrafiya Akademiyası (T.Əfəndiyev), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (C.Mahmudova), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (F.Bədəlbəyli) və Azərbaycan Milli Konservatoriyası (S.Kərimi) qiymətləndirmənin müsahibə və qabiliyyət imtahanı mərhələlərinin adıçəkilən müəssisələrin tədris binasında keçirilməsi, qabiliyyət imtahan komissiyasının formalaşdırılması və imtahan məkanında müvafiq şəraitin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

Əmrin icrasına nəzarət aparat rəhbərinə həvalə edilib.


OXŞAR XƏBƏRLƏR

Əsaad Həsən əl-Şibani Suriyanın xarici işlər naziri təyin edildi

Suriyanın yeni hakimiyyəti Əsaad Həsən əl-Şibanini xarici işlər naziri təyin edib.   Sfera.az xəbər verir ki, bu barədə Suriyada hakimiyyətə gələn mü...

Şuşa şəhərinə növbəti köç karvanı yola salındı - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə...

Bu rayona yeni polis rəisi TƏYİN EDİLDİ

Xaçmaz rayonuna yeni polis rəisi təyin olunub.   Sfera.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis...

Ərdoğan Maqdeburqda baş verən hadisəni PİSLƏDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən gecə Almaniyanın Maqdeburq şəhərində Milad bazarında baş verən hadisəni pislədiyini deyib.   Sfera.az x...

ABŞ yeni raketləri SINAQDAN KEÇİRDİ - Daha uzağı vuracaq

ABŞ ordusu üçün iki uzaqmənzilli raket sınaqdan keçirilib.   Sfera.az bildirir ki, bu barədə Pentaqon məlumat yayıb. Qeyd olunub ki, xüsusilə &ldquo...

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkətinin gələn il üçün hədəfləri və nəzərdə tutulan layihələr müzakirə edi...