“Mənə lazım deyildi” - Efirə gəlinliklə çıxan Samirə hamını belə aldatdı - Video

“Mənə lazım deyildi” - Efirə gəlinliklə çıxan Samirə hamını belə aldatdı - Video

Bir müddət əvvəl gəlinlik geyinərək obyektivlərin qarşısına keçən meyxanaçı-müğənni Samirə Yusifqızı "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” verilişinin qonağı olub. 

Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, meyxanaçı efirdə gəlinliyi serial çəkilişi üçün geyindiyini açıqlayıb:

"Mən hər dəfə evliliklə gündəmə gəlməmişəm. Mən heç istəmirdim də bu məsələ ictimailəşsin. Mən sadəcə gəlinlik paltarında qonşu kanallardan birində serial loqosu üçün çəkiliş etdirmişdim. Ona görə geyinmişdim. Hamısı əlində PR etdi, gündəmə gətirdilər. Mənə lazım deyildi belə gündəmə gəlmək”. 

Maraqlısı budur ki, həmin fotosessiyadan sonra "Yeni Sabah” meyxanaçı ilə əlaqə saxlayaraq həmin şəkillərin hansı məqsədlə çəkildiyini  öyrənmişdi.  S.Yusifqızı toya hazırlaşdığını etiraf edib və ailə quracağı şəxsin bir müddət əvvəl açıqladığı sevgilisi olduğunu da qeyd etmişdi. Samirə digər saytlara da açıqlamasında ərə gedəcəyini və sevgilisinin ondan yaşca kiçik olduğunu bildirmişdi. Maraqlıdır ki, indi xanım ifaçı dediklərini inkar edir.


OXŞAR XƏBƏRLƏR